Əlaqə Arxiv
news Image
2013.10.09
14:48
| A A A
Türkiyəli deputatlar səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndiriblər

Azərbaycanda keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri də var.


APA-nın məlumatına görə, Bakıda seçkiləri izləyən Ərdəhan millət Ənsar Öyüt və Amasya millət vəkili Ramiz Topal səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndirdiklərini bildiriblər.

 

Məntəqələrdə veb-kameraların quraşdırılması barədə danışan TBMM üzvləri, Türkiyədə belə bir təcrübənin olmadığını deyiblər.

 

Onlar indiyədək 8 məntəqədə prosesi izlədiklərini, müşahidələrini səsvermə başa çatanadək davam etdirəcəklərini açıqlayıblar.

 


Sizin Reklam Yeriniz