Əlaqə Arxiv
news Image
2013.10.10
12:09
| A A A
Litva parlamentinin üzvü seçkilərdən danışdı
Linas Balsys– Litva parlamentinin üzvü (beynəlxalq müşahidəçi) Mövqe.az-a seçkilər barədə danışıb: " Seçkilərdən əvvəlki və sonrakı müşahidələrimə əsasən deyə bilərəm ki, qəbul etmək lazımdır ki, seçkilər zamanı bəzi kiçik problemlərə rast gəlindi. Lakin bu problemlərin nəticələrə heç bir təsiri ola bilməz. Bizim qrup bu nəticəyə gəldi ki, bəzi problemlərə baxmayaraq ümumi mənzərə müsbətdir. Düşünürük ki, seçkilər ədalətli oldu və insanlar da öz seçimlərini azad şəkildə etdilər. Digər ölkələrlə müqayisədə seçki prosesləri arasında çox böyük fərq görmürəm. Avropa standartlarına cavab verən seçkilər keçirildi. Bu da faktdır ki, dünyanın müxtəlif ölkələrindən təxminən 1200 nəfər seçkilərə müşahidə etmək üçün Azərbaycana gəlmişdir. Bu da o deməkdir ki, bu seçkilər, Azərbaycandakı demokratiya dünyanın bütün ölkələri üçün çox əhəmiyyətlidir. Biz həmçinin, Azərbaycanın yeni Seçki Məcəlləsinə də nəzər saldıq. Nəticəyə gəldik ki, bu çox ciddi qanundur. Bütün prosedurlar aydın şəkildə burada öz əksini tapıb. Əlbəttə bəzi məntəqə işçiləri kifayət qədər peşəkar deyildi. Lakin məntəqələrin bir çoxunda öz vəzifəsini ilk dəfə icra etməyən peşəkar işçilərə rast gəldik. Ümumi təəssürat çox yaxşıdır".
Sizin Reklam Yeriniz