Əlaqə Arxiv
news Image
2013.10.10
18:13
| A A A
ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri: “Azərbaycandakı seçkilərin nəticələrini tanıyırıq”

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır.


Başqa cür ola da bilməz, çünki bu, ölkənin suverenliyinə müdaxilə olardı".

 

Bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen jurnalistlərin suallarına cavabında deyib. O bildirib ki, Azərbaycanda bir çox "exit-poll" keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib, ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. M. Vuazenin sözlərinə görə, bu, siyasi yox, texniki qeyddir.    

 

Xatırladaq ki, ATƏT-in müşahidə missiyasının bəyanatında məntəqələrin 11%-də səsvermə zamanı pozuntular müşahidə olunduğu bildirilib.

 

Sizin Reklam Yeriniz