Əlaqə Arxiv
news Image
2013.10.11
18:13
| A A A
Baş katib Lamberto Zannier: ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir

ATƏT-in baş katibi Lamberto Zannier Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Ölkənizdə möhkəm və güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm.

Sizi əmin edirəm ki, ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı çatdırıram".

Sizin Reklam Yeriniz