Əlaqə Arxiv
news Image
2013.10.17
19:07
| A A A
Əli Hüseynli: "Venesiya Komissiyasının son rəyi “Diffamasiya haqqında” qanunun qəbulunu ləngitdi”

"Venesiya Komissiyası bu rəyi ilə uğurla başlanmış dialoqa böyük zərbə vurmuş oldu"

"Avropa Şurasının Venesiya Komissiyasının son rəyi təəssüf ki, artıq qəbul olunması Azərbaycanda reallığa çevrilən "Diffamasiya haqqında" qanunun qəbulunu ləngitdi".

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Ə. Hüseynlinin sözlərinə görə, Venesiya Komissiyası bu rəyi ilə uğurla başlanmış dialoqa böyük zərbə vurmuş oldu: "Onların müzakirələrdə bizdən ən çox istədikləri məsələ qanunun hazırlanmasında Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələri de-kriminallaşdırmamızdır. Biz isə Fransa modelini örnək göstərərək, qanunu bu maddələri de-kriminallaşdırmadan qəbul etməyi, yəni maddələrin öz qüvvəsində qalmasını təklif edirik. Hətta Fransa modelində sanksiya bizdəkindən də artıqdır: orada 5 il azadlıqdan məhrum etmə, bizdə isə 3 il nəzərdə tutulur. Amma onlar Fransa modelindən xəbərsiz olduqlarını, hansı ki, bu inandırıcı görünmür, əsas gətirərək bizimlə razılaşmadılar. Bizim mövqeyimiz əvvəldən də açıq formada ortadadır ki, o maddələr çəkindirici xarakter daşıyır, tətbiq edici yox... Çünki son illərin təcrübəsi əyani sübutdur ki, Azərbaycan peşə fəaliyyətinə görə jurnalist həbs olunmayıb".

 

Ə. Hüseynli Venesiya Komissiyasının iradlarının əsas qayəsini açıqlayıb: "Onlar bizə bildirirlər ki, həmin maddələrin yalnız tətbiqedici olmasını bildirsək də, bunun üçün hüquqi zəmanət yoxdur. Biz isə bildirdik ki, buna hüquqi zəmanət var. Bu, son illər formalaşdırılan məhkəmə sistemidir. Hansı ki, burada həmin maddələrin jurnalist fəaliyyətində tətbiqinə rast gəlinə bilməz. Çox təəssüf ki, Venesiya Komissiyası bizimlə razılaşmadı. Amma həmin maddələri de-kriminallaşdırmadan "Diffamasiya haqqında" qanunun qəbulu məmur-jurnalist münasibətlərinin tənzimlənməsi baxımından cəmiyyət üçün çox vacibdir. Çox təəssüflər olsun ki, onların mövqeyi bu prosesi ləngitdi".

 

Ə. Hüseynli onu da qeyd edib ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi gələcək fəaliyyətində bu qanunun qəbul olunması üçün səylərini davam etdirəcək. 


Sizin Reklam Yeriniz