Əlaqə Arxiv
news Image
2013.10.18
17:10
| A A A
Millət vəkili: Orxan Zeynalovun məsələsi kimi hadisədən Rusiyanı parçalamaq üçün istifadə edirlər

Rusiyada stabilliyin pozulmasında maraqlı olan qüvvələr var. Bu barədə cümə günü Trend-ə Milli Məclisin deputatı Ceyhun Osmanlı Moskvada Orxan Zeynalovun qətl törətməsi ilə baölı yaranan vəziyyəti şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, Rusiyada hər gün qətllər törədilir və o qətlləri törədənlər arasında ruslar, ermənilər, gürcülər və digər millətlər də var: "Bu məsələnin şişirdilməsində, görünür, o bazarın bağlanmasında iş adamlarının öz marağı var".

Eyni zamanda, C.Osmanlı hesab edir ki, bu hadisələrin arxasında ABŞ-dakı erməni lobbisi ilə bağlantılar axtarmaq lazımdır: "Xüsusilə, Rusiyada erməni jurnalistlərin fəaliyyət göstərdiyi media qurumlarında təbliğat daha güclü şəkildə aparılır. Rusiya mediasına sızdırılmış ermənilər vasitəsilə müxtəlif kampaniyalar həyata keçirilir. Nəticə etibarilə çoxmillətli Rusiyada millətçilik zəminində iğtişaş yaratmağa cəhd göstərilir".

Millət vəkili deyib ki, faktiki olaraq vaxtı ilə Sovet İttifaqını dağıtmağa cəlb edilən qüvvələr indi də Rusiya mediasına yerləşmiş insanlar vasitəsilə Rusiyanın dağılmasını qarşıya məqsəd kimi qoyublar: "Bu tipli hadisələrdən Rusiyanı parçalamaq üçün istifadə edirlər. Dünyada bir çox ölkələrin təcrübəsi sübut edir ki, belə ani hadisələr sosial medianın vasitəsilə bütün ölkəyə yayıla bilər. Cinayətkarın milliyyəti yoxdur. Xüsusən, çoxmillətli dövlətlər üçün milli zəmində olan məsələlərin qabardılması çox təhlükəlidir. Bu zəncirvari reaksiya ilə yayıla bilər".

Sizin Reklam Yeriniz