Əlaqə Arxiv
news Image
2013.10.21
12:21
| A A A
Araz Əzimov: “Ermənistan müzakirə üçün hazır deyil”

"Hələlik Azərbaycanla Ermənistan arasında müzakirə aparılmır, sadəcə, ayrı-ayrı görüşlər keçirilir. Müzakirə aparmaq üçün hər iki tərəfdən hazırlıq tələb olunur. Bizim fikrimizcə, qarşı tərəfdə bu cür hazırlıq hələ ki müşahidə edilmir".

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. 

 

A. Əzimov bildirib ki, tərəflər arasında yeni görüşlər keçirilə bilər: "Lakin mənim şəxsi mövqeyim beldir ki, görüş xətrinə görüş keçirmək mənasızdır. Görüşün mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş üçün imkan müşahidə edilərsə, Azərbaycan belə görüşdən qaçmaz. Lakin gördüyünüz kimi, hələlik bu istiqamətdə irəliləyiş yoxdur".     

Sizin Reklam Yeriniz