Əlaqə Arxiv
news Image
2013.10.21
12:27
| A A A
“ATƏT bütün üzv ölkələrin təşkilatı olmalıdır”

"Azərbaycan ATƏT-in üzvüdür. Biz istəyərdik ki, bu təşkilatda son vaxtlar müşahidə etdiyimiz mənfi tendensiyaların qarşısı alınsın".


Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 9 oktyabr seçkilərinə verdiyi qiymətdən sonra ATƏT-lə əməkdaşlığın gələcəyi barədə suala cavabında deyib. O bildirib ki, ATƏT bütün üzv ölkələrin təşkilatı olmalıdır: "Daxildə hansısa ayırıcı xətlər olmamalıdır. İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir. Bu cür təşkilat daxilində Azərbaycan öz fəaliyyətini davam etdirməyə hazır olacaq". 

Sizin Reklam Yeriniz