Əlaqə Arxiv
news Image
2013.10.23
11:33
| A A A
Gürcüstan prezidenti şəxsi iqamətgahını tərk edib

Bu gün Gürcüstan prezidenti Mixeil Saakaşvili Tiflisin Diqomsk rayonunda yerləşən iqamətgahını tərk edib.


Movqe.az-ın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, iqamətgah dövlət tərəfindən prezident və xanımı üçün kirayələnibmiş.

 

Gürcüstanın birinci xanımı Sandra Rulovs bildirib ki, son həftələrdə valideynləri yanında olub və əşyalarının köçürülməsinə kömək edib: "Əlbəttə, bir qədər çətindir. Dünən inventarizasiya da həyata keçirildi".

 

Mixeil Saakaşvili isə nənəsinin ona görə evsiz qaldığını söyləyib: "Bu torpağı mənə hədiyyə edib və anamın evinə köçüb. Hazırda bu torpaq sahəsi Prezident Kitabxanasının tikintisini maliyyələşdirmək məqsədilə satılır. Kimsə əldə etmək istəyirsə, buyursun".

Sizin Reklam Yeriniz