Əlaqə Arxiv
news Image
2013.10.25
11:41
| A A A
Lukaşenko: Ermənistan Gömrük İttifaqına üzv olmaq üçün bütün öhdəlikləri tam həcmdə üzərinə götürməlidir

Ermənistanın Belarus, Qazaxıstan və Rusiyanın artıq qət etdiyi inteqrasiya yolunu keçmək lazım olduğunu dəqiq anlaması çox vacibdir.


"RİA Novosti"in yaydığı xəbərə görə, bunu oktyabrın 24-də Minskdə baş tutmuş Ali Avrasiya İqtisadi Şurasının iclasında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.    

 

"Və bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürməlidir", deyə o qeyd edib.   

 

Onun sözlərinə görə, Gömrük İttifaqına üzv olan dövlətlər - Rusiya, Belarus və Qazaxıstan Gömrük İttifaqına qoşulmaq istəyən və ya istəməyən ölkələrlə əlaqə mexanizmini hazırlamaq lazımdır.  

 

"Bir tərəfdən, biz Ermənistanın Gömrük İttifaqına qoşulmaq niyyətini görürük, o biri tərəfdən isə bizə heç də yad olmayan Ukraynanın Avropa Birliyi ilə assosiasiyaya can atmasını müşahidə edirik. Hər iki halda "üçlüyün" bu ölkələrlə qarşılıqlı fəaliyyətinin konstruktiv mexanizmini hazırlaması zəruridir", deyə Lukaşenko qeyd edib.

 

Onun sözlərinə görə, Belarus Gömrük İttifaqına yeni tərəfdaşlarının qoşulmasını alqışlayir. "Bizim birliyin qapıları başqa ölkələr üçün həmişə açıqdır", deyə Lukaşenko qeyd edib.  


Sizin Reklam Yeriniz