Əlaqə Arxiv
news Image
2013.10.25
17:06
| A A A
Putin MDB ölkələrini inteqrasiya əlaqələrini inkişaf etdirməyə çağırır

MDB ölkələri Birlik dövlətlərinin iqtisadi münasibətlərinə mənfi təsir etmiş dünya iqtisadiyyatında əlverişsiz tendensiyalar fonunda inteqrasiya əlaqələrini inkişaf etdirməlidirlər.RİA Novosti-ninyaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimri Putin Minskdə MDB Dövlət Başçıları Şurasının kiçik tərkibdə iclasında deyib:

"Qlobal böhranın təsiri ilə səmərəli mübarizə aparmaq üçün inteqrasiya əlaqələrimizi inkişaf etdirməliyik. 2011-ci ildə MDB-də azad ticarət zonası haqqında imzalanmış müqavilə bu yolda əhəmiyyətli addım oldu. Ümid edrəm ki, həmin zona inkişaf edəcək və ticari-iqtisadi əlaqələrə müsbət təsir edəcək".

V.Putin qeyd edib ki, 2012-ci ildə MDB dövlətlərinin iqtisadiyyatının artımı 3,4 faiz təşkil edib, bu rəqəm cari ilin I yarısında 1,8 faiz olub: "Eyni zamanda, qarşılıqlı investisiyalar azalıb. MDB ölkələri arasında daxili əmtəə dövriyyəsi də azalıb. Ölkələrimiz xarici konyunkturanın yaxşılaşmasını gözləmədən öz inkişaf gündəliyini formalaşdıra, iri investisiya layihələrini tətbiq edə və işgüzar mühiti təkmilləşdirə bilərlər".

Sizin Reklam Yeriniz