Əlaqə Arxiv
news Image
2013.10.30
14:36
| A A A
Putin haqqında ŞOK iddia

İspaniyanın "Europress" xəbər agentliyi Rusiya prezidenti Vladimir Putinin bir neçə ay öncə Sankt-Peterburqda təşkil olunmuş "Böyük iyirmiliy"in sammitinə qatılan liderlərin mobil telefon danışıqlarını dinlətməsi barədə məlumat yayıb. Press24.az-ın Türkiyə mətbuatından əldə etdiyi xəbərə görə, dövlət başçısı qonaqların hər birinə göndərdiyi bir ədəd USB yaddaş kartı və mobil telefon adaptorunda "Trojan" virusu olub.


Zirvə toplantısından sonra Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy araşdırma üçün həmin USB kartı və adaptoru alman kəşfiyyatına təhvil verib. Araşdırma zamanı məlum olub ki, həmin cihazlara xüsusi proqram yazılıb və sözügedən virus vasitəsilə kompyuter, eləcə də telefondakı bütün məlumatları köçürmək mümkündür. 


Hazırda mütəxəssislər sammitə qatılmış bütün liderlərin Sankt-Peterburqda olduqları zaman hədiyyə qismində aldıqları USB kartdan və adaptordan istifadə edib-etmədiklərini dəqiqləşdirmək üçün onlara sorğu göndəriblər.

Sizin Reklam Yeriniz