“Hər kəs Azərbaycan ərazisindəki məbəd kompleksinə daxil olan Udabno monastrını ziyarət edə bilər”
Manana Mancqaladze: “Bu razılaşma mayın 21-dən qüvvəyə minib”
"Hər kəs David Qareci məbədini
ziyarət edə bilər". APA-nın
Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan
prezidentinin mətbuat xidmətinin katibi Manana Mancqaladze deyib. O
bildirib ki, bu məsələ Gürcüstan və Azərbaycan prezidentlərinin
Çikaqodakı görüşündə müzakirə olunub: "NATO sammiti çərçivəsində
hər iki ölkə prezidentlərinin görüşü baş tutub. Görüşdə ikitərəfli
münasibətlər müzakirə edilib və əsasən David Qareci məbədi
kompleksi ətrafında mövcud olan problemə geniş yer ayrılıb. David
Qareci məbədi ilə bağlı məsələ bütünlüklə həll edilənə qədər
istəyən hər kəs Azərbaycan ərazisindəki məbəd kompleksə daxil olan
Udabno monastrını ziyarət edə bilər. Razılıq əldə olunduqdan sonra
prezidentin göstərişi ilə mayın 20-də hər iki ölkə sərhəd
xidmətləri rəhbərlərinin görüşü keçirilib. Belə qərara gəlinib ki,
məsələ tam həllini tapana qədər bütün ruhanilər, turistlər və
qonaqlar David Qarecinin problem yaranan hissəsinə ziyarətə gedə
bilərlər".
M. Mancqaladzenin sözlərinə görə, bu razılaşma mayın 21-dən qüvvəyə minib və bir çox insan bu imkandan istifadə edib: "Biz ümid edirik ki, sərhədlərin demarkasiyası ilə bağlı bütün məsələlər sakit, kollegial və dostluq şəraitində azərbaycanlı dostlarımızla birlikdə həll olunacaq".