Əlaqə Arxiv
news Image
2013.10.31
10:39
| A A A
İlham Əliyev: “”Bütün mədəni sərvətlərimiz, tarixi və milli abidələrimiz dağıdılıb"

"Bir milyondan çox qaçqın və məcburi köçkün doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına böyük zərbə vurur"

"Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz uzun illərdir, ermənilərin işğalı altındadır. Azərbaycan humanitar fəlakətlə üzləşib. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətlərimiz, tarixi və milli abidələrimiz dağıdılıb".

 

Bunu Azərbaycan prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında deyib.

 

Dövlət başçısı ATƏT-in iki dəfə əraziyə faktaraşdırıcı missiya göndərdiyini, onların sənədlərində də Azərbaycanın mədəni, milli abidələrinin dağıdıldığının əksini tapdığını qeyd edib: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır. Bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurduna, doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına ciddi zərbə vurur". 

Sizin Reklam Yeriniz