Əlaqə Arxiv
news Image
2013.10.31
13:39
| A A A
İki nazir müavini işdən çıxarıldı

Prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və müdafiə naziri Zakir Həsənov rəhbərlik etdikləri nazirliklərdə bir sıra kadr islahatları aparıblar. Amma yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun hələlik bu istiqmətdə fəaliyyəti müşahidə edilməyib.


Modern.az saytı kənd təsərrüfatı naziri Heydər Əsədovla əlaqə saxlayaraq, ondan nazirlikdə kadr islahatı aparıb-aparmayacağını soruşub.

Heydər Əsədov Modern.az-a açıqlamasında bildirib ki, kadr dəyişikləri onların hədəfində deyil.


"Bizim məqsədimiz mövcud potensialdan səmərəli istifadə etməkdir. Amma zərurət yaranarsa, indiki tələbata uyğun olmayan kadrlar işdən çıxarılacaq".


Heydər Əsədov artıq bu istiqamətdə işlərin də aparıldığını bildirib. "Artıq dünən prezidentin sərəncamı ilə iki müavin vəzifəsindən azad eidlib. Bunlar Aslan Aslanov və Bəhram Əliyevdir". 


Qeyd edək ki, kənd təsərrüfatı nazirinin 3 müavinindən biri İlham Quliyev hələlik vəzifəsini icra edir.

Sizin Reklam Yeriniz