Əlaqə Arxiv
news Image
2013.10.31
14:59
| A A A
Rusiyalı politoloq: “Biryulevodakı meyvə-tərəvəz bazasına hücum sifarişli olub”

Moskva sakinlərinin ictimai etirazları anti-Azərbaycan xarakteri daşımır. Bunu jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq və jurnalist Maksim Şevçenko deyib.


Onun sözlərinə görə, Rusiya paytaxtının Biryulevo rayonunda baş verən etirazlar qarət məqsədi güdməyib: "Bu etirazlar "Ruslar" adlı millətçi hərəkat tərəfindən təşkil olunub. Mən onların rəhbərini tanıyıram. Baxışlarını bölüşməsəm də, bilirəm ki, qarətlər onların marağında olmayıb. Onların məqsədi fəaliyyətlərini siyasi səhnədə leqallaşdırmaqdır".

 

M.Şevçenko hesab edir ki, Biryulevodakı meyvə-tərəvəz bazasına hücum sifarişli olub: "Biz artıq bilirik ki, bu sifariş Azərbaycan mənşəli şəxslərdən gəlib. Onlar bazanın sahibi olan şəxslərə qarşı hüquq-mühafizə orqanları vasitəsilə basqın ediblər. Mən onların adlarını çəkməyəcəm".

 

Politoloq qeyd edib ki, Yeqor Şerbakovun qətli bazadan 3 km aralı məsafədə baş verib: "Amma nədənsə kütlə məhz bu bazaya hücum etdi. Kütləni qızışdıran şəxslərin adları da məlumdur. Onların hüquq-mühafizə orqanları, o cümlədən Rusiya DİN ilə əlaqələri var".

 

M.Şevçenko Y.Şerbakovun qətlində təqsirləndirilərək həbs olunmuş Orxan Zeynalovun hərəkətlərinə əsasən onun kriminal aləmlə əlaqəli şəxs olduğunu güman edir.


Sizin Reklam Yeriniz