Əlaqə Arxiv
news Image
2013.11.01
10:52
| A A A
Con Kerri ABŞ-ın casus proqramından danışdı

ABŞ dövlət katibi Con Kerri ilk dəfə olaraq ABŞ-ın casus proqramının miqyasının həddən artıq böyük olduğunu rəsmən etiraf edib.


 

APA-nın "Agence France-Presse"yə istinadən xəbərinə görə, dövlət katibi bəzi hallarda proqramın çox uzağa getdiyini bildirib.

 

O, eyni zamanda casusluğun zəruri olduğunu deyib: "Günahsız adamlar isə bu prosesdə zərər çəkməyiblər".

 

C.Kerri ABŞ xüsusi xidmət orqanlarının daha ölkənin müttəfiqlərini, o cümlədən Almaniyanı narahat edəcək səviyyədə izləmələr həyata keçirməyəcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz