Əlaqə Arxiv
news Image
2013.11.01
11:09
| A A A
Arif Hacılıdan Rəsul Quliyevə sərt sözlər

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri: "Xalqımızı naqis, "bədbaxt" hesab edib..."

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "Facebook" səhifəsində Rəsul Quliyev və Lalə Şövkət Hacıyevanı tənqid edib.Movqe.az-ın məlumatına görə, Arif Hacılı sözügedən şəxslərə çox güzəşt edildiyini bildirib:


"Xalqımızı naqis, "bədbaxt" hesab edib, yadların köləsi olanlara bəzən özümüz bu güzəştlərə getməməyi mümkünsüz saydıq, bəzən də ictimai təzyiqə davam gətirə bilmədik. Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi. Hələ Vaqif Hüseynov, Abbas Abbasov kimilərinin də sevdalıları onları bizə pərçimləmək xəyallarındadır. Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdı. Vəziyyətdən faydalanmaq istəyənlər çoxdur. Real fəaliyyət vəziyyəti dəyişdirmək istəyənlərə, buna qadir olanlara istinad etməklə qurulacaq!".


Sizin Reklam Yeriniz