Əlaqə Arxiv
news Image
2013.11.01
12:01
| A A A
Noyabrın sonlarında Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri keçiriləcək


Noyabrın sonlarında Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, noyabrın 29-dək davam edəcək tədbirlərə noyabrın 25-də start veriləcək.

Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti, strategiyası, konsepsiyası, transformasiya prosesi, islahatlar, tərəfdaşlıq münasibətləri, sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar veriləcək və müzakirələr aparılacaq.

Qeyd edək ki, NATO Günləri Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində alyansın Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspert qrupunun iştirakı ilə ildə bir dəfə təşkil olunur.


Sizin Reklam Yeriniz