Əlaqə Arxiv
news Image
2013.11.04
11:42
| A A A
İran parlamentində “ABŞ-a ölüm!” şüarı səsləndirilib

İran parlamentində "ABŞ-a ölüm!" şüarı səsləndirilib.

 

APA-nın İRNA-ya istinadən məlumatına görə, noyabrın 3-də İran parlamentinin sədr müavini Seyid Məhəmməd Həsən Əbuturabifərd ölkədə Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunan 4 noyabrın mahiyyəti ilə bağlı çıxış edib. Vitse-spiker çıxışını tamamladıqdan sonra millət vəkilləri bir ağızdan "ABŞ-a ölüm!" şüarını səsləndiriblər.

 

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də isə ABŞ-ın İrandakı səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib. Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur və ölkənin dörd bir tərəfində izdihamlı yürüşlər keçirilir.

Sizin Reklam Yeriniz