Əlaqə Arxiv
news Image
2013.11.08
12:43
| A A A
Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu keçirilir

Tədbirdə türk mənşəli jurnalistlər arasında qarşılıqlı fikir mübadiləsi aparılacaq

Noyabrın 8-9-da Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu işə başlayıb. Movqe.az-ın məlumatına görə, Forumda "Ənənəvi kütləvi informasiya vasitələrinin yenidən qurulması prosesi və yeni media", "Türk dünyasının gələcək kütləvi mass-mediası: yeni media vasitələri və sosial medianın səmərələri", "Yeni media kontekstində KİV-də etika qaydaları", həmçinin türkdilli dövlətlərin və icmaların media platforması, quruma üzvlük, TDİ-nin komitələrinin yaradılması, növbəti forumun keçiriləcəyi ölkənin müəyyənləşdirilməsi, veb-saytın təqdimatı və digər məsələlər müzakirə ediləcək.


Tədbirdə türk mənşəli jurnalistlər arasında qarşılıqlı fikir, və təcrübə mübadiləsi aparılacaq, əməkdaşlıq imkanlarını nəzərdən keçiriləcək. Forumda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.


Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə təşkil ediləcək tədbirdə həmçinin Türkdilli Dövlətlərin Media Platformasının (TürkMEP) rəhbəri, TürkMEP-in baş katibi, Türkiyə hökuməti yanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov, həmçinin ali məktəb müəllimləri, yüksəkvəzifəli funksionerlər və KİV əməkdaşları, o cümlədən Trend İnformasiya Agentliyinin nümayəndəsi iştirak edəcəklər.

Sizin Reklam Yeriniz