Əlaqə Arxiv
news Image
2013.11.13
10:41
| A A A
Gürcüstan və Fransa arasında müvəqqəti miqrasiya haqqında saziş imzalanıb

Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili və Fransa DİN rəhbəri Manüel Vals iki dövlət arasında müvəqqəti miqrasiya haqqında saziş imzalayıb.


Bu barədə Gürcüstan DİN-in məlumatında bildirilir.

 

Məlumata əsasən, sənəd "miqrasiyanın leqallaşmasına kömək edəcək və Gürcüstandan olan miqrantların Fransada işlə təmin olunmasına əlavə imkanlar yaradacaq".   

 

DİN həmçinin qeyd edib ki, Parisdə baş tutmuş görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri və onun gələcək inkişafının perspektivləri müzakirə olunub. 

Mənbə: Apa  

Sizin Reklam Yeriniz