Əlaqə Arxiv
news Image
2013.11.13
11:13
| A A A
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasının iclası çərçivəsində müzakirə ediləcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanada ATƏT-in Daimi Şurasının iclasında iştirak edəcək.


 APA-nın xəbərinə görə, C. Uorlik özünün "Twitter" səhifəsində Daimi Şuranın iclası çərçivəsində ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer və digər şəxslərlə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəyini söyləyib.

 

Qeyd edək ki, ATƏT Daimi Şurasının toplantıları həftəlik keçirilir. Daimi Şura təşkilatın qərar qəbul edən və müntəzəm məsləhətləşmələr həyata keçirən əsas strukturlarından biridir.

 

Sizin Reklam Yeriniz