Cənubi Afrika Respublikası Azərbaycanda səfirlik açmağı planlaşdırır
Cənubi Afrika Respublikası (CAR) Azərbaycanda səfirlik açmağı planlaşdırır. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib.
Bakıda yerləşəcək səfirlik CAR-ın Qafqaz və Mərkəzi Asiya bölgəsi ilə əlaqələrinə məsul olacaq. CAR-ın Türkiyə səfirliyinin cavabdeh olduğu bu ərazilər Azərbaycandakı səfirliyə həvalə olunacaq.
Hazırda səfirliyin açılması istiqamətində işlər aparılır. Bununla bağlı müvafiq qərar isə gələn il CAR-da keçiriləcək parlament seçkilərindən sonra qəbul ediləcək.