Ermənistanın energetika və təbii ehtiyatlar naziri İran prezidenti ilə görüşüb
Tehranda İranın neft naziri Bican Zənqanla Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan arasında görüş olub.
"APA-Economics"in "Novosti Armeniya"ya istinadən xəbərinə görə, görüşdə qış aylarında Ermənistana nəql olunan İran qazının həcminin artırılması məsələsi müzakirə olunub.
A.Movsisyan İran prezidenti Həsən Ruhani tərəfindən də qəbul edilib. Nazir Ermənistan prezidenti Serj Sarkisyanın məktubunu İran prezidentinə çatdırıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. H.Ruhani iki xalq arasındakı mədəni və iqtisadi əlaqələrin inkişafının vacibliyini vurğulayıb.