Əlaqə Arxiv
news Image
2013.11.13
16:16
| A A A
Polşa prezidenti Rusiyadan üzr istəyib

Polşa prezidenti Bronislav Komorovski noyabrın 11-də "Müstəqillik marşı" zamanı Rusiya səfirliyinin binası ətrafında törədilən əməllərə görə üzr istəyib.APA-nın xəbərinə görə, B. Komorovski ZET radiosunda müvafiq bəyanatla çıxış edib. O, diplomatik missiyanın yaxınlığında baş verənləri skandal adlandıraraq buna heç cür bəraət qazandırmaq mümkün olmadığını vurğulayıb.

B. Komorovski qeyd edib ki, bu qalmaqalla bağlı Polşa adından Rusiya tərəfinə rəsmi üzrxahlıq göndərmək lazımdır. Onun fikrincə, Polşanı rusofob dövlət kimi təqdim etmək istəyən çoxsaylı qüvvələr var.

Qeyd edək ki, Rusiya olaylarla bağlı Polşadan üzrxahlıq tələb etmişdi. 

Sizin Reklam Yeriniz