Əlaqə Arxiv
news Image
2013.11.14
19:54
| A A A
İran səfiri sərhədin bağlanmasından danışdı

Möhsün Pak Ayin bu cür hadisələrin qarşısını almaq üçün iki tərəf arasında müvafiq saziş olmalı olduğunu deyib

"Sərhədin bağlanmaması üçün tərəflər arasında saziş olmalıdır". Bunu APA-ya müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Səfirin fikrincə, bu cür hadisələrin qarşısını almaq üçün iki tərəf arasında müvafiq saziş olmalıdır: 


"Yaxşı deyil ki, hər hansı nəqliyyat vasitəsinə görə iki ölkə arasında sərhədlər bağlansın, problemlər yaransın. Buna görə, bizim aramızda saziş, anlaşma memorandumu və ya buna bənzər bir sənəd olmalıdır".


Möhsün Pak Ayin əlavə edib ki, hər iki tərəf sərhədin bağlanması ilə bağlı məsələni həll etməkdə maraqlıdır. Səfir məsələ ilə əlaqədar müvafiq qurumlarla görüşlər keçirildiyini və görüşlərdə problemin tezliklə həll olunması istəyi ifadə olunduğunu da bildirib.


Sizin Reklam Yeriniz