Əlaqə Arxiv
news Image
2013.11.20
14:48
| A A A
İlham Əliyev Böyük Britaniya Baş nazirin elçisini qəbul edib

Görüşdə iki ölkə arasında enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini qəbul edib.


Çarlz Hendri yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.


Prezident İlham Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini məmnunluqla bildirib.


Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.

Sizin Reklam Yeriniz