Əlaqə Arxiv
news Image
2013.11.20
16:13
| A A A
Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlayır

"Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır"

Bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib:


"Hər dəfə dövlət başçıları əlaqələri və anlaşmanı yaxşılaşdırmaq üçün görüşürlər və biz bunu çox müsbət hesab edirik".


Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti görüşü hazırlayırlar: "Düşünürəm ki, iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqa yeni təkan verilir və biz bunu çox dəstəkləyirik. Həmsədr kimi Fransa münaqişənin nizamlanması üzrə görüşlərin uğurlu olması üçün məsuliyyət hiss edir".


Diplomat qeyd edib ki, Fransa münaqişə tərəfləri arasında təmasları, o cümlədən vətəndaş cəmiyyəti səviyyəsində əlaqələri dəstəkləyir. O, noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün keçiriləcəyini söyləyib. Görüşün yekunları əsasında birgə bəyannamənin imzalanması nəzərdə tutulub.


Sizin Reklam Yeriniz