Əlaqə Arxiv
news Image
2013.11.20
16:15
| A A A
Gələn həftə Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Gələn həftə Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Fransa Hökümətlərarası Komissiyasının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Monye məlumat verib.

Bununla əlaqədar Fransanın xarici ticarət naziri Nikol Brik noyabrın 25-də Azərbaycana gələcək. Noyabrın 26-da keçiriləcək iclasda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.

Sizin Reklam Yeriniz