"Avropa Parlamentinin qətnaməsi ədalətsiz addımdır"
"Avropa Parlamentində Azərbaycanda insan hüquqları ilə bağlı
qətnamənin qəbul edilməsi hər hansı məsələni araşdırmadan, buna
səthi yanaşaraq, qeyri-dürüst, az saylı deputatın iştirakı ilə
düşünülməmiş və ədalətsiz addımdır".
APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
E. Abdullayevin sözlərinə görə, Avropa Parlamentinin bəzi deputatları Azərbaycanla bağlı qəbul olunan qətnamənin doğru olmadığını bəyan ediblər.
XİN sözçüsü deyib ki, hər hansı insidentin şişirdilməsi və ona siyasi rəng verilməsi Avropa Parlamentinin mövqeyinə, neytrallığına böyük zərbədir: "Bu onların neytrallığını, şəffaflıqlarını şübhə altına qoyur".
E. Abdullayevin fikrincə, hazırda Avropada Azərbaycana qarşı çirkin kampaniya aparıldığına heç bir şübhə yoxdur. Onun sözlərinə görə, belə bir qətnamənin qəbul olunması da bu kampaniyanın tərkib hissəsidir: "Azərbaycanda müxalifət və media üçün yaradılmış imkanların heç biri Avropa ölkələrindən geri qalmır. Hətta bəzi hallarda yüksəkdir. Biz bilirik ki, Avropa mediası sifarişli məqalələr yazır və onların arxasında kimlər durur. İndi Avropada tez-tez sərbəst toplaşmaq azadlığı barədə deyilənlər isə manipulyasiya xarakteri daşıyır. Azərbaycan müstəqil ölkədir, öz siyasətini öz maraqlarına əsasən həyata keçirir. Heç kimin təzyiqlərinə, hər hansı sözünə ehtiyac yoxdur. Niyə həmin qətnamə qəbul edən deputatlar Avropada islamofobiya və atnisemitizmə fikir vermirlər?"