Əlaqə Arxiv
news Image
2013.11.21
16:45
| A A A
İsa Qəmbər başqanlıq yerinə əvəzində MŞ-də sədr olmaq istəyir

"Milli Şura üzvlərinin özlərinin də uğursuzluqlarını etiraf etmələri artıq qurumun buraxılmasından başqa çıxış yolu olmadığına dəlalət edir". Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Onun fikirincə, Milli Şuranın iflasa uğrayacağı hələ bu qurum yarananda məlum idi: "Burada müxtəlif qütbləri təmsil edən, milli maraqlardan uzaq, şəxsi mənafe güdən adamlar toplaşıb. Artıq onlardan bir çoxu buradan uzaqlaşıb. İndi isə maraqlı məqam ortaya çıxıb ki, bu da qurumdaxili ziddiyyətləri daha da dərinləşdirib. Sədrlikdən getmək məcburiyyətində qalan İsa Qəmbər siyasi səhnədə qalmaq üçün Milli Şuranın sədri olmağa can atır. Müsavatçıların da bu istəyi digərlərini ciddi narahat edir. Xüsusən İsa Qəmbərə pataloji nifrəti olan Əli Kərimli və cəbhəçilər bu oyuna qarşı çıxış edirlər. Bunun da nəticəsi olaraq "müttəfiqlər"in bir-birini açıq müstəvidə təhqir etməsinin şahidi oluruq. Milli Şuraya nəzarət uğrunda amansız savaş bunların hansı siyasi mədəniyyətə malik olduğunu göstərir. Cəmiyyətin gözü önündə baş verən bu başıpozuqluq radikalların aqibətinin necə olacağından xəbər verir".


Sizin Reklam Yeriniz