İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanın Milli Bayramı –
Respublika Günü münasibətilə Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə,
təbrik məktubunda iki dövlət başçısı arasında səmimi görüşlər və bu
görüşlərin faydalı nəticələri xoş xatirələrlə xatırlanır: "İki xalq
arasındakı qardaşlıq münasibətləri, həmçinin Zati-alinizlə səmimi
əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, İran İslam Respublikası
və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın
mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki
ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli
öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin
qarşısını alacaq. Ümid edirəm ki, İran İslam Respublikası və
Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri
sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə
ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da
möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və
təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan
qaldırılmasının şahidi olacağıq. Uca və qadir olan Allahın
dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan
Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq
diləyirəm".