Əlaqə Arxiv
news Image
2013.11.29
16:26
| A A A
“Şərq Tərəfdaşlığı” sammitində Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşü alqışlanıb

"Münaqişələrin həlli, mehriban qonşuluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi regionda əməkdaşlıq, iqtisadi və sosial inkişaf üçün mühüm əhəmiyyət kəsb edir".


Bu barədə Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsində bildirilir.

 

Qeyd olunur ki, Vilnüs sammitinin iştirakçıları münaqişələrin tezliklə və sülh yolu ilə həllinə dair Praqa və Varşava bəyannamələrində əks olunmuş fikirlərə əsaslanaraq, sabitlik və çoxtərəfli etimadın inkişafına öz töhfələrini artırmaq istəyirlər: "Biz Avropa Birliyinin münaqişələrin həllində və etimad tədbirlərinin yaradılması səylərində rolunun artırılmasını alqışlayırıq".

 

Sammit iştirakçıları münaqişələrin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Vyanada görüş keçirməsini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqları davam etdirmək haqqında razılaşma əldə etməsini dəstəkləyirik".

 

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 28-29-da Vilnüsdə keçirilib. Zirvə toplantısında Avropa Birliyinin rəsmi şəxsləri, birliyə üzv olan 27 ölkənin və "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan 6 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.

Sizin Reklam Yeriniz