Əlaqə Arxiv
news Image
2013.12.02
12:44
| A A A
Bahar Muradova: “Azərbaycan regionda hər cəhətdən lider dövlət kimi öz mövqeyini açıq şəkildə dünyaya bəyan edir”

"Azərbaycanla Rusiya arasında münasibətlər yaxşı səviyyədədir və münasibətlərin daha yüksək səviyyə qaldırılması üçün Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirir".


Bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova deyib.

 

O, Rusiya ilə münasibətlərin bütövlükdə Avropa ilə və ayrı-ayrı Avropa ölkələri ilə münasibətlərə qarşı qoyulmasının tərəfdarı olmadığını vurğulayıb: "Bütün istiqamətlərdə Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verə biləcək addım atırıq və ölkə prezidentinin siyasəti məhz bu istiqamətə yönəlib. Bu, yeganə düzgün siyasətdir və nəticələri də bizim üçün müsbətdir.

 

B.Muradova "Rusiya assosiativ sazişi imzalamamaq məsələsində Ukrayna kimi, Azərbaycana təsir göstərə bilərmi?" sualını belə cavablandırıb: "Mən tərəfdarı deyiləm ki, hansısa bir ölkədəki vəziyyət Azərbaycandakı vəziyyət ilə müqayisə olunsun və yaxud birində baş verən hadisələr görə digəri üçün nəticə çıxarılsın. Bu yanlış bir yoldur. Bu ölkələrdəki ictimai-siyasi durum, iqtisadi vəziyyət, onların qarşısında dayanan hədəflər, bu hədəflərə getmək üçün seçdikləri yol fərqlidir. Azərbaycan regionda hər cəhətdən lider dövlət kimi öz mövqeyini açıq şəkildə dünyaya bəyan edir və bu mövqeyi də qəbul olunur. Bu vəziyyətlərin qarşı-qarşıya qoyulması və qarşılıqlı nəticə çıxarılması heç zaman doğru ola bilməz və hesab edirəm ki, hər kəsin bu istiqamətdə öz yolu var. Azərbaycan Avropaya inteqrasiyanı, bərabər hüquqlu münasibətləri müstəqil siyasət və iradə ortaya qoymaqla davam etdirməyin tərəfdarıdır və öz fəaliyyətində də bunu sübut edir. Azərbaycan qarşısına qoyulan hədəflərə addım-addım, mərhələ-mərhələ yaxınlaşmağın tərəfdarıdır. Hesab edirəm ki, gedilən yol da bu siyasətə uyğundur. Viza rejiminin sadələşdirilməsi sazişi sonrakı münasibətlərin də formalaşmasına ciddi təsir göstərən bir sazişdir və hesab edirəm ki, biz yolumuzdan dönməyəcəyik".


Sizin Reklam Yeriniz