Əlaqə Arxiv
news Image
2013.12.02
15:03
| A A A
Avstraliyanın Azərbaycan üzrə yeni səfiri təyin olunub

Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstana cavabdeh olacaq yeni səfiri təyin olunub.


APA-nın xəbərinə görə, bu vəzifəyə Ceyms Larsen təyin edilib. O, gələn ilin yanvarından vəzifəsinin icrasına başlayacaq.

C. Larsen daha əvvəl Avstraliya Xarici İşlər və Ticarət Nazirliyində çalışıb, İsraildə səfir, Tailanddakı səfirliyin ikinci katibi və Brüsseldəki səfirliyin müşaviri olub.

Qeyd edək ki, Avstraliyanın Türkiyədəki səfiri həm də Azərbaycan və Gürcüstanda akkreditə olunub.

Sizin Reklam Yeriniz