Əlaqə Arxiv
news Image
2013.12.02
17:19
| A A A
Əli Həsənov: Biz fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının üzvüyük

"Milləti tanıtmaq üçün millətin nümayəndələrinin hamısını bəlli sahəyə yönəltmək lazım deyil, onların içərisindən ən yaxşı nümunələri, ən yaxşı liderlik keyfiyyətinə malik olanları seçmək lazımdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı zamanlı çıxışında deyib.


Ə.Həsənov qeyd edib ki, gənclərin inkişafına ayrıca dəstək verilməli, onlar daha rəqabətli vəziyyətə gətirilməlidir və onların vasitəsilə də beynəlxalq aləmə çıxmaq lazımdır:


"Biz dövlətimizlə fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının üzvüyük, Azərbaycan olaraq dünyanın iqtisadi, siyasi, sosial, mədəni tədbirlərinin mərkəzinə çevrilmişik".


PA rəsmisi bildirib ki, Azərbaycan dünyanın ən firavan ölkələrindən birinə çevrilib: "Azərbaycan həm mənəvi dəyərləri, intellekti, həm də inkişaf perspektivləri ilə dünyada cəlbedici əmsala çevrilib. Bizim bütün bu mənəvi, maddi, iqtisadi, sosial, enerji və digər resurslarımız da təkcə Azərbaycan xalqının firavanlığına deyil, eləcə də bölgənin və dünya ölkələrinin firavanlığına xidmət edir".


Ə.Həsənov qeyd edib ki, Gənclər Fondu da iki illik fəaliyyətində bu sahələr üzrə dövlət siyasətini gənclər arasında dəstəkləməyə yönəlib.

Sizin Reklam Yeriniz