Əlaqə Arxiv
news Image
2013.12.03
10:10
| A A A
Əcnəbilər də radikal müxaliftədən üz döndərir
Mais Səfərli: “Müxalifət rəhbərləri xaricə səfər edəndə ya istefada olan keçmiş siyasilərlə, ya da hansısa araşdırma fondları səviyyəsində görüşləri olur” Hafiz Hacıyev: “Köhnəlmiş, bir neçə yerə satılmış müxalifət adlananlar heç bir işə gərək deyillər”

Radikal düşərgədə yer alan müxalif qüvvələrin daha çox ölkə xaricində özünə dəstək axtarması heç kimə sirr deyil. Lakin məsələnin maraq doğuran tərəflərindən biri ondan ibarətdir ki, indi xaricdə də radikal müxalifətin belə deməke mümkünsə, üzüünə baxan yoxdur. Onların liderlərinin xaricdə sadəcə bir sıra qeyri-hökumət təşkilatları səviyyəsində qəbul olunması da qeyd edilənlərin real təsdiqidir. Hər halda Milli Şuranın rəhbəri sayılan Cəmil Həsənlinin ABŞ-da kimlərlə görüş keçirməsi də bunun real təsdiqidir.

Yurddaş Partiyasının sədri Mais Səfərli sözlərinə görə, elə müxalifətin özünə də aydın məlumdur ki, üz tutduqları və havadar axtardıqları Qərb ölkələrində onlara münasibət son dərəcədə pisdir: "Bu da onların özlərinin fəaliyyəti ilə bağlıdır. 1990 – cı illərdə müxalifətdə canlanma müşahidə edilirdi. Ancaq 2000-ci illərdən sonra onlarda ciddi geriləmələr başladı. Burada əsas səbəb odur ki, müxalifət artıq yeni dövrlə ayaqlaşa, yeni təşəbbüslərlə çıxış edə bilmir. Onların irəli sürdükləri məsələlər artıq çoxdan ümummilli lider Heydər Əliyev tərəfindən artıqlaması ilə həll edilib. 2000 – ci ildən cəmiyyət də başa düşdü ki, müxalifətin yeni təşəbbüsləri yoxdur. Müxalifət daxilində islahatlar apara bilmədi. Partiyaları 1990-cı illərdə necə Kommunist Partiyası tipində idisə, yenə də elə qalıb. Cəmiyyət isə daha çox Heydər Əliyev və daha sonra İlham Əliyev siyasətinə üstünlük verdi. Müxalifət də getdikcə zəiflədi. Təbii ki, zəif olan qüvvələrlə heç bir yerdə hesablaşmırlar. Əvvəllər xaricdən gələn müəyyən siyasilər arada müxalifət liderləri ilə də görüşürdülərsə, 2000 –ci illərdə bu yana demək olar ki, belə görüşlər azalmağa başladı. Son bir neçə ildə bu, çox nadir hallarda - seçki prosesində baş verdi. Çünki, artıq onlara alternativ qüvvə kimi baxılmır. Təbii ki, dünya siyasətini müəyyənləşdirən dövlətlər başqa dövlətlərlə əməkdaşlıq edəndə onların hakimiyyətləri ilə paralel müxalifəti ilə də maraqlanır. Amma artıq xaricdə çox yaxşı başa düşürlər ki, Azərbaycanda alternativ qüvvələr axtarmaq əbəsdir. Ona görə də əksər hallarda müxalifət və onların liderləri yada düşmür. Müxalifət isə xaricə səfər edəndə ya istefada olan keçmiş siyasilərlə, ya da hansısa araşdırma fondları səviyyəsində görüşləri olur".

Müasir Müsavat Partiyası (MMP) sədri Hafiz Hacıyev bildirdi ki, xaricin sərmaya qoyduğu bu müxali şəxslər onların etimadını doğrultmur: "Ona görə xaric də görür ki, Azərbaycanda köhnəlmiş, bir neçə yerə satılmış müxalifət adlananlar heç bir işə gərək deyillər. Lakin nə müxalifətdən tam ayrıla bilmirlər, nə də yeni işlərə girə bilmirlər. Bizim müxalifər 20 ildir ki, həm xalqı, həm də xarici qüvvələri aldadırlar. Ona görə də Azərbaycandakı "qısır" müxalifət artıq öz ömrünü başa vurub. Ölkəmizdə isə həm hüquqi, həm də iqtisadi islahatlar gedir. Azərbaycanadakı "qısır" müxalifəti demək olar ki, sıradan çıxarmışıq. İmkan verməyəcək ki, Azərbaycanda erməni diasporasının dsətəkləyədiyi "qısır" müxalifət yenidən canlansın".

Hafiz Hacıyev onu da qeyd etdi ki, müxalifət həm də təkrar simalarla görüşür: "Vaxtı ilə İsa Qəmbərin görüşdüyü insanlar bu gün Cəmil Həsənli ilə görüşür. Yəni, görüş dairələri genişlənmir. Dairə o vaxt genişlənir ki, xarici dövlətlərin də burada istəkləri var. Həmçinin burdakı tapşırıq verdiyi insanları tapşırıqları normal yerinə yetirirlər. Ancaq onlar görür ki, bizim müxalifət zəifdir. Görüşdükləri şəxslər ermənipərəst Konqres üzvləri, erməni əsilli familyasını dəyişmiş Avropa deputatlarıdır. Bizim müxalifətə qarşı maraq da ölüb. Eyni adamlarla təkrar görüş nəticə vermir. Artıq müxalifətimizin başqa şəxslərə çıxışları yoxdur. Əminliklə deyə bilərəm ki, onların həm daxildə, həm də xaricdə artıq nüfuzları itib. Çünki, satqın olduqlarını xarici nümayəndələr də bilir".

Sizin Reklam Yeriniz