Əlaqə Arxiv
news Image
2013.12.03
15:32
| A A A
Əhmədinejad Ruhanini debata çağırıb

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dekabrın 3-də indiki prezident Həsən Ruhaniyə məktub yazaraq onu debata çağırıb.


Əhmədinejad Ruhanini dövlət televiziyasında hökumətin 100 günlük hesabatını verərkən keçmiş hökuməti və onun başçısını iqtisadi problemlərin yaranmasında və səriştəsizlikdə günahlandırdığı üçün debata çağırdığını bildirib. Əhmədinejad bildirib ki, Ruhaninin ölkənin iqtisadi durumu ilə bağlı hesabatında səsləndirdiyi rəqəmlər düzgün deyil, hesabat insaf və ədalətdən kənar, birtərəfli şəkildə hazırlanıb.


Sabiq prezident Ruhaniyə məktubunda keçmiş hökumətə və ona qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazır olduğunu, bunun üçün də ölkə prezidentini debata çağırdığını bəyan edib.


İran prezidenti Həsən Ruhani noyabrın 26-da dövlət televiziyasına müsahibəsində hökumətinin 100 günlük hesabatını verib. Hesabatda ölkənin hazırkı iqtisadi problemlərinin meydana çıxmasında İranın keçmiş hökuməti və onun başçısı Mahmud Əhmədinejad və onun komandası günahlandırılır.

(Mediaforum)

Sizin Reklam Yeriniz