Əlaqə Arxiv
news Image
2013.12.04
11:02
| A A A
Türkiyə və Aİ arasında vizasız rejim tətbiq oluna bilər

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə vətəndaşları üçün Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi müqabilində readmissiya haqqında sazişin imzalanmasına razılıq verməsindən sonra Ankara və Brüssel viza sazişi üzrə konkret addımlar atmaq niyyətindədirlər. Bu barədə Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyə üçüncü ölkələrin vətəndaşları üçün readmissiya haqqında sazişi bəyənəcək, eyni zamanda, "yol xəritəsi"nə uyğun olaraq, Türkiyə vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejim üzrə danışıqlara başlanılacaq.

Readmissiya haqqında saziş həyata keçirildikdən sonra Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinə razılıq verməsə, Ankara prosesi dayandıra bilər.

Əgər proses sazişin imzalanmasında sonra lazımi qaydada davam etsə, Türkiyə vətəndaşları 3 ildən sonra Avropaya vizasız gedə biləcəklər.

Sizin Reklam Yeriniz