Əlaqə Arxiv
news Image
2013.12.04
13:50
| A A A
İraq ölkə ərazisində Azərbaycanın səfirliyinin açılmasını gözləyir

Bunu İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak Azərbaycan İraq hökumətlərarası komissiyanın iclasında deyib

 "İraq tərəfi ölkə ərazisində Azərbaycanın səfirliyinin açılmasını gözləyir". Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak ticarət, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.


Diplomat bildirib: "Ölkənizin İraqda səfirliyinin açılması ikitərəfli əməkdaşlığın gələcək inkişafına yardım edə bilər".

Onun sözlərinə görə, tərəflər, həmçinin enerji sahəsində əməkdaşlığın inkişafına maraq göstərir: "Bu əməkdaşlıq təcrübə, eləcə də hər iki ölkənin neft sahəsindəki ali məktəblərinin tələbələrinin mübadiləsini özündə birləşdirə bilər".

Səfir Azərbaycanla İraq arasında əmtəə dövriyyəsinin artdığını da deyib: "2012-ci ilin yekunları üzrə ölkələrimiz arasında əmtəə dövriyyəsi təxminən 418 milyon dollar olub. Bu rəqəm hələ bu yaxınlarda mənə inanılmaz görünürdü. Bununla belə, əməkdaşlığın aktivləşdirilməsi lazım gələn bəzi tamamilə fəaliyyətsiz sahələr də mövcuddur".

Diplomat İraqın ali məktəblərinə müraciətlərin sayının artdığına da diqqət çəkib: "Səfirlik ayda İraqa viza almaq üçün təxminən 50-100 ərizə qəbul edir. Və burada müsəlmanların müqəddəs ziyarətgahlarını ziyarət etmək istəyən zəvvarların sayı hesaba alınmır. Bu, azərbaycanlı iş adamlarının İraq bazarlarına daha aktiv daxil olmalarından xəbər verir".


Sizin Reklam Yeriniz