Əlaqə Arxiv
news Image
2013.12.05
08:17
| A A A
Rövnəq Abdullayev: "Türkiyə ilə həyata keçirdiyimiz layihələrdə Azərbaycana heç bir təzyiqdən söhbət gedə bilməz"

Türkiyə ilə həyata keçirdiyimiz layihələrdə Azərbaycana heç bir təzyiqdən söhbət gedə bilməz. Bu sözləri APA-ya açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib.

 

APA-nın "Türkiyə Cümhuriyyəti tarixində ölkəyə xaricdən ən çox investisiya Azərbaycandan gəlib. Bundan sonra hansı layihələri həyata keçirməyi düşünürsünüz? Türkiyə ilə bu əməkdaşlığa görə Azərbaycana kənardan hər hansı təzyiq olubmu?" sualına Rövnəq Abdullayev belə cavab verib: "Qarşımızda meqa-layihələrin həyata keçirilməsi məsələsi durur. Bunları həyata keçirək, sonra yeni layihələr barədə düşünərik. O ki qaldı təzyiq məsələsinə, prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan müstəqil siyasət yürüdür. Azərbaycanın dövlət başçısı tərəfindən aparılan siyasət xalqımızın mənafeyinə uyğun şəkildə həyata keçirilir, bu siyasət göz qabağındadır. Prezidentin yürütdüyü siyasət Azərbaycanın inkişafına xidmət edəcək".

 

APA-nın "25 oktyabr 2011-ci ildə İzmirdə 5 milyard dollarlıq investisiya sazişi imzalananda Rəcəb Tayyib Ərdoğan dedi ki, bu birbaşa investisiya bizim cari kəsirimizi bağlamaq üçün çox önəmlidir. Bunu necə dəyərləndirirsiniz?" sualını ARDNŞ prezidenti belə cavablandırıb:

 

"Mən Ərdoğandan çox deyə bilərəmmi? Neftayırma zavodunun tikintisi və Heydər Əliyev adına peşə litseyinin açılması üçün Azərbaycandan gələn 5 mliyard dollarlıq birbaşa sərmayə 10 min insan üçün yeni iş yeri açılması demək idi. Bilirsiniz ki, Türkiyə böyük miqdarda neft məhsulları idxal edir, idxalın azalması cari kəsirin azalması deməkdir. Bizim o vaxtkı 5 mliyard dollarlıq birbaşa investisiyamız Türkiyənin cari kəsirinin 20 milyard dollar azalmasına səbəb olacaq".

 

Sizin Reklam Yeriniz