Əlaqə Arxiv
news Image
2013.12.06
10:15
| A A A
Ukraynanın DİN rəhbəri Kiyevdəki hadisələrlə bağlı Baş Prokurorluğa ifadə verməyə çağırılıb

Ukrayna Baş Prokurorluğu ölkənin daxili işlər naziri Vitali Zaxarçenkonu Kiyevdə etiraz aksiyasının güc tətbiq edilərək dağıdılması ilə bağlı şahid qismində ifadə verməyə çağırılıb.


"RİA Novosti"dən yayılan xəbərə görə, bu barədə ötən gün Ukrayna Baş Prokurorluğunun Baş İstintaq İdarəsinin rəisi Aleksandr Kalifitski bəyan edib.

"Nazirin dekabrın 6-da Baş Prokurorluğun Baş İstintaq İdarəsinə ifadə verməyə gəlməsi üçün bütün tədbirlər görülür", deyə Aleksandr Kalifitski vurğulayıb.   

Onun sözlərinə görə, Baş Prokurorluğun müstəntiqləri artıq Zaxarçenkonun ictimai təhlükəsizliyə cavabdeh olan müavinini də dindiriblər.  


Sizin Reklam Yeriniz