Əlaqə Arxiv
news Image
2013.12.09
13:12
| A A A
Energetika naziri Natiq Əliyev Gürcüstana səfər edəcək

Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də Gürcüstanda rəsmi səfərdə olacaq. Səfərin məqsədi "Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kV-luq "Axaltsixe" yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq elektrik verilişi xəttinin açılış mərasimində iştirak etməkdir. 

 

Nümayəndə heyətinin tərkibinə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov və digər rəsmi şəxslər daxildir. Mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Avropa Birliyinin nümayəndələri, səfirlər və digər yüksək səviyyəli rəsmilər iştirak edəcəklər.

 

Qeyd edək ki, bu layihə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsidir, Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiyasını, həmçinin elektrik enerjisi ixracını təmin edəcək. Energetika Nazirliyinin məlumatında deyilir ki, layihə həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

 

Sizin Reklam Yeriniz