Əlaqə Arxiv
news Image
2013.12.23
10:12
| A A A
Azərbaycan Montevideoda diplomatik nümayəndəlik açır

Azərbaycan Uruqvayın paytaxtı Montevideoda diplomatik nümayəndəlik açır. Hazırda Montevideoda Azərbaycanın diplomatik missiyasının açılması ilə bağlı işlər aparılır. Bu barədə Azərbaycanın Argentinada, eləcə də Uruqvayda akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə Uruqvay xarici işlər naziri Luis Almaqro və bu ölkənin digər rəsmiləri ilə görüşündə bildirilib.

Xəbər Uruqvay XİN-in rəsmi saytında dərc olunub.

Məlumatda deyilir ki, Montevideoda Azərbaycanın diplomatik missiyasının açılması ilə iki ölkənin münasibətlərində yeni mərhələ başlayır.

Sizin Reklam Yeriniz