Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər və Ərəb Birliyinin Suriya nümayəndəsi Kofi Annan, Suriya Dövlət Başçısı Bəşər Əsədlə görüşmək üçün Şama ziyarət edərkən ölkədə şiddətli hadisələri sürətini kəsməyib.
Aktivistlər, təhlükəsizlik güclərinin Humusun bəzi bölgələrində səhər saatlarında atəş açdığını, dünən gecə də paytaxt Şamdan partlama səsləri gəldiyini bildirib.
Əsədlə görüşdükdən sonra Annan bildirib ki, 15 aydır davam edən qarşıdurmalardan sonra cümə günü Huledə 108 adamın qətl edilməsi son nöqtədir.
Kofi Annan, altı maddəlik barış planının 'lazım olduğu kimi' tətbiq oluna bilmədiyini söyləyib.
Bununla yanaşı, Humusla bağlı Hule qəsəbəsində çoxu uşaq olmaqla 108 adamın öldüyü qırğından sonra bəzi qərb ölkələri suriya diplomatlarını sərhəd xarici etmə qərarı alıb.