Əlaqə Arxiv
news Image
2013.12.27
10:18
| A A A
ABŞ yenə demokratiya prinsiplərini kobud şəkildə pozdu
Elşən Musayev: “Onların maliyyə mənbəyi hər kimdirsə, mütləq bir ucu gedib yenə də Qərbə, ABŞ Dövlət Departamentinə bağlanır” Azər Həsrət: “ABŞ başqa dövlətlərin daxili işinə qarışmama prinspinə sayğılı davranmalıdır”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin həbsinə bəzi əcnəbi dövlətlərin reaksiyası faktiki olaraq Azərbaycanın daxili işləriən müdaxilə cəhdi olduğunu üzə çıxardı. Azərbaycan isə haql ıolaraq bu müdaxilələrəl sərt reaksiya verdi və verməkdədir. Qeyd edək ki, başda ABŞ Dövlət Departamenti olmaqla, bir neçə beynəlxalq qurum və QHT-nin Anar Məmmədlinin azadlığa buraxılması barədə bəyanat və tələbləri var. Halbuki, Anar Məmmədlinin real cinayət əməli fonunda ABŞ Dövlət Departamenti və digər təşkilatların tələbi sadəcə suverən ölkənin daxili işinə qarışmaqdır.

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev qəzetimizə verdiyi açıqlamada bildirdi ki, ABŞ və ABŞ-ın timsalında Qərb dairələri bibaşa təsir etmirlər: "Guya öz aləmlərində beynəlxalq hüquq, "başqa dövlətlərin daxili işlərinə qarışmq olmaz" prinsiplərini nəzərə alırlar. Amma əslində, fakt budur ki, ölkəmizdə "5-ci kolon"u yaradanda artıq daxildə bəziləri Qərb QHT-lər ilə işləyirdilər. Anar Məmmədli həmin dairələrlə ən çox bağlı olan adamlardan biridir. Gözlənilən idi ki, həmin dairələr hansısa şəkildə ayağa qalxacaqlar və öz tərəfdaşlarını müdafiə edəcəklər. Əvvəllər açıq müdafiəyə etmirdilər. Ancaq artıq elə bir mərəhələyə gəlmişik ki, Anar Məmmədlinin, Xədicə İsmayılın timsalında tərəfdarlarının açıq müdafiəsinə qalxırlar. Xüsusən də dövlətlərin daxili işlərinə qarışmaq, əyani faktdır. Eyni zamanda, müstəqil bir dövlətin daxili işinə müdaxilə etmə faktıdır. Bu, demokratiyadan danışan fövqəl bir dövlətin açıq şəkildə demokratiyaya həqarətidir. Bu addımları Anar Məmmədli ilə bağlı gözlənilirdi. Çünki, hətta Xədicə İsmayıldan daha çox yaxın olan kadr məhz Anar Məmmədlidir. Buna görə də heç təsadüfi deyil ki, 1 milyon dollara yaxın ancaq seçkilər ərəfəsində bunlara pul ayrılıb. Onların maliyyə mənbəyi hər kimdirsə, mütləq bir ucu gedib yenə də Qərbə, ABŞ Dövlət Departamentinə bağlanır. Belə təzyiqlər olacaq və gözləniləndir. Hətta ola bilsin ki, bir az təzyiqləri artırsınlar. Amma Azərbaycan hakimiyyəti belə təzyiqləri çox görüb. Heç vaxt da kiminsə qarşısından qaçmayıb. Qanunvercilik var. Kimliyindən asılı olmayaraq hər bir insan fərdi məsuliyyət prinsipini daşıyır. İnsan mərhəmətdən kimisə bağışlaya bilər, amma qanunlar bağışlamayacaq".

ABŞ dövlət Departamentinin Azərbaycanın daxili işlərinə qarışmasına gəlincə, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, söhbət tək ABŞ-dan gedəsi deyil: "Başqa dövlətlər də Anar Məmmədlinin həbsdən azad edilməsini tələb edirlər. Onlar bunu arzu edə bilərlər. Amma tələb etmək onların hüququ deyil. Bu məsələyə qətiyyən müdaxilə edə bilməzlər. Azərbaycan müstəqil dövlətdir. Suveren dövlətə hansısa tələb irəli sürmək nə ABŞ, nə də başqa bir dövlətin işi deyil. Azərbaycan dövləti özü öz vətəndaşı ilə bağlı araşdırmanı aparacaq. ABŞ-ın hansısa dövlətin başına jandarma kəsilməsi bizim ürəyimzcə deyil. Onlar harada nəsə hadisə baş verən kimi ona dərhal reaksiya verir, tələb irəli sürürlər. Hətta Ukraynada baş verən hadisələrdə ABŞ-ın yüksək vəzifəli şəxsləri gedib meydanda mitinq edən müxalifətçilərə qoşulub, açıq dəstək verdilər. Bu da başqa bir dövlətin iç işlərinə qarışmanın bir formasıdır. ABŞ başqa dövlətlərin daxili işinə qarışmama prinspinə sayğılı davranmalıdır. Azərbaycan ona görə müstəqil olmadı ki, Rusiyanın əlinin altında çıxıb ABŞ və ya ABŞ kimi dövlətin əlini altına düşsün. Biz pisimizlə, yaxşımızla özümüz bilərik nə edirik!"

Sizin Reklam Yeriniz