Əlaqə Arxiv
news Image
2012.05.31
18:23
| A A A
“Mavi Mərmərə” iddianaməsi İsraili qəzəbləndirib

Movqe.az xəbər verir ki, 9 Türk vətəndaşının həyatını itirdiyi "Mavi Mərmərə" basqınıyla əlaqədar hazırlanan iddianamə İsraili qəzəbləndirib.

Türkiyənin İsrailə qarşı qatı düşmənçilik münasibətinin olduğunu deyən qatı sağçı xarici işlər naziri Lieberman, "Avropa Türkiyəyə həddini bildirsin" deyib.

İsrailin "Mavi Mərmərə" basqınıyla əlaqədar İstanbul Respublika Prokuroru Mehmet Akif Əkinçi tərəfindən hazırlanan iddianamə ötən günlərdə 7. Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib.

144 səhifəlik iddianamədə aralarında İsrail Baş qərargah Rəisinin də olduğu 4 yüksək rütbəli hərbçi haqqında 9 qat ağırlaşdırılmış mühakimə istənilib.

İddianaməyə İsrailin reaksiyası da gecikməyib. Mövzuyla əlaqədar açıqlama verən İsrail xarici işlər naziri Aviqdor Lieberman Avropadan Türkiyəyə həddini bildirməsini istəyib.

Türkiyənin son bir neçə ildir İsrailə qarşı qatı düşmənçilik münasibətinin olduğunu söyləyən Lieberman özlərininsə türk qarşıdurmalarına mümkün olduğunca ehtiyatla yaxınlaşdıqlarını söyləyib.

Sizin Reklam Yeriniz