Əlaqə Arxiv
news Image
2012.05.31
19:01
| A A A
Əhmədinejaddan gözlənilməz şərh

Movqe.Az xəbər verir ki, İran lideri ötən həftə Suriyada108 adamın ölümünə gətirib çıxaran qırğının səbəbkarlarının cəzalandırılmasını istəyib.

Mahmud Əhmədinejad həftə Suriyada108 adamın ölümünə gətirib çıxaran qırğının səbəbkarlarının cəzalandırılmasının lazım olduğunu söyləyib.

Suriya prezidenti Bəşər Əsədə dəstək verən ölkələrin başında gələn İrandan Hulada çoxu uşaq və qadın olmaqla 108 adamın öldürüldüyü qırğınla əlaqədar açıqlamanın verilməsi gözlənilməz olub.

Mahmud Əhmədinejad "France 24" televiziyasına verdiyi açıqlamada, ''Suriya hökumətinin öz vətəndaşlarını öldürməsi düşüncəsinə hələ də inana bilmirəm. Ancaq, bu qırğının təqsirkarlarının kim olduğu mövzusunda heç bir variantı da qəbul ede bilmirem'' deyib.

İran olaraq son qırğınlarla bağlı məyus olduqlarını bildirən Əhmədinejad, ''Bu cinayətləri kim törətdisə cəzalandırılmalıdir'' şəklində danışıb.

"QƏRBLİ ÖLKƏLƏR SUİ-İSTİFADƏ ETMƏMƏLİDİR"

Mahmud Əhmədinejad, Qərb ölkələrinin də Suriya böhranından sui-istifadə etməmələrinin lazım olduğunu deyib.

"ATOM BOMBASINA SAHİB OLMAQ DAHA AZMI TƏHLÜKƏLİDİR"

İran lideri ölkəsinin nüvə proqramıyla əlaqədar da açıqlama verib. Əhmədinejad, ''Uranın 20 faiz zənginləşdirilməsi atom bombasına doğru atılan bir addım deyil'' bəyanatını verib.

Sizin Reklam Yeriniz