Əlaqə Arxiv
news Image
2012.06.01
12:23
| A A A
İranlı general körfəz adalarını ziyarət edib

Movqe.az xəbər verir ki, İran İnqilab Gözətçiləri komandanı general Məhəmməd Əli Cəfəri Basra körfəzindəki adaları ziyarət edib. Fars xəbər agentliyi Cəfərinin İnqilab Gözətçiləri Dəniz Qüvvələri Komandiri Tuğmiral Əli  Fedevi və digər bəzi komandirlərlə Əbu Musa, Böyük və Kiçik Tunb adalarına baş çəkdiyini bildirib. Bu səfərin yüksək vəzifəli İranlı hərbçilər tərəfindən adalara edilən ilk ziyarət olduğu deyilib. Prezident Mahmud Əhmədinejad da ötən ay bu adaları ziyarət etmişdi.

Xatırladaq ki, İran adaları 1971-ci ildə BƏƏ-nin birləşdirilməsindən bir qədər əvvəl nəzarət altına alınmışdı.

Sizin Reklam Yeriniz